Fransız aktyor və rejissor İv Ranye (Yves Ragnier) 79 yaşında ürək tutmasından vəfat edib.
Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə LCI telekanalı bildirib.
Məlumata görə, aktyor cümə günündən şənbə gününə keçən gecə Nöyi-sür-Sendəki (Parisin ətrafı) evində ölüb.
Ranyeyə ən böyük populyarlığı hazırda Fransada 8 mövsümü olan eyniadlı serialda Komissar Mulen (Moulin) rolu qazandırıb.
O həmçinin "Qraf Monte Kristo" ("Le Comte De Monte Cristo", 1961-ci il, rejissor Klod Otan-Lara), "Çılğın" ("Frantic", 1988-ci il, rejissor Roman Polanski), "Təşəkkür edirəm, həyat" ("Merci La Vie", 1991-ci il, rejissor Bertran Bliye) kimi məşhur filmlərdə kiçik rollar da ifa edib.
Ümumilikdə, Ranye 50-dən çox filmdə və serialda çəkilib.