Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri məhv edilib.
Median.Az Türkiyə mediasına istinadla xəbər verir ki, PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.
Onun terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatıldığı bildirilir. Dalokay Şanlı Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.