Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnı aclıq aksiyasını dayandırıb.
Bu barədə o özü açıqlama verib. Navalnı səhhətinin ağır olduğunu və qida qəbul etməyə başladığını bildirib. Navalnı etibar etdiyi həkimlərin onu müayinə etdiyini ifadə edib.