Ermənistanın İstintaq Komitəsi Sünik (Zəngəzur) vilayətindən olan 19 müxalifətçini baş nazir Nikol Paşinyanın regiona səfəri zamanı xuliqanlıq və ictimai asayişi pozan kütləvi tədbirlər təşkil etməkdə günahlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Əldə olunmuş kifayət qədər dəlil əsasında 19 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 9-u Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddənin 3-cü bəndi (xuliqanlıq), 10-u isə 258-ci maddənin 1-ci bəndi (ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili) ilə ittiham olunub. İstintaq 8 nəfərə qarşı həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib”, - məlumatda deyilir.