Sosial şəbəkələrin erməni seqmentində ABŞ-ın hazırkı prezidenti Co Baydenin 2010-cu ilə aid videosu yayılıb.
Videoda o, ABŞ-dakı erməni diasporu fəallarından biri ilə danışır. Söhbət əsnasında Bayden bildirir ki, Ermənistan prezidenti (Serj Sarqsyan – red.) ona zəng edərək, soyqırım məsələsini qabartmamağı xahiş edib.
Video sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən kəskin tənqidlə qarşılanıb. Onlar bu əməli törədənləri satqın və xain adlandırıblar.