Roma Papası Fransisk Livana səfər edəcək.
“Korrenspondent” nəşrinin məlumatına görə, bu barədə Livanın baş naziri Saad Həriri məlumat verib.
Aprelin 22-də Vatikanda Papa ilə görüşən hökumət rəhbəri səfərin Livanda yeni kabinetin formalaşmasının başa çatmasından sonra baş tutacağını bildirib.
Qeyd edək ki, 84 yaşlı Roma Papası son xarici səfərini martın 5-də İraqa edib.