Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Vladimir Zelenskinin onunla Donbasda görüşmək barədə təklifini cavablandırıb.
“RİA Novosti” xəbər verir ki, Putin Zelenskinin ikitərəfli münasibətləri bərpa etmək cəhdlərini alqışlayıb.
“Əgər o, münasibətləri bərpa etmək istəyirsə, biz bunu yalnız alqışlayacağıq”, - deyə Rusiya prezidenti bəyan edib.
Putin bildirib ki, əgər Ukrayna prezidenti ikitərəfli münasibətləri müzakirə etmək fikrindədirsə, onu istənilən vaxt Moskvada qəbul etməyə hazırdır.
Yox, əgər Donbasla bağlı danışmaq istəyirsə, ilk öncə Donetsk və Luqansk Xalq Respublikaları, yalnız bundan sonra Rusiya rəhbərliyi ilə görüşməlidir.