İranda 3100-dən artıq insan spirtli içkidən zəhərlənib, onlardan 320-si ölüb.
“RİA Novosti”nin məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur deyib.
Spirtli içkinin qadağan olunduğu İranda metil spirti istehsal olunur. COVID-19-a yoluxmaya qarşı “profilaktik tədbirlər” çərçivəsində saxta içkilərdən, metanoldan zəhərlənənlərin sayı artıb.
Son məlumatlara görə, İranda koronavirusa 44 600 yoluxma halı qeydə alınıb. Bunlardan 2 898-i ölümlə nəticələnib. 14 656 nəfər isə sağalıb.