Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan daha bir ölüm faktı qeydə alınıb.
Bu barədə Rusiyada yaradılmış operativ qərargah məlumat yayıb.
Məlumatda bildirilir ki, ölən şəxs 56 yaşlı qadın olub. O, öncədən onkoloji xəstə olub.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1036-ya, ölənlərin sayı isə dördə çatdı.