Türkiyədə koronavirusa yoluxanların sayı yüksək sürətlə artır.
“Haber Global” xəbər verir ki, qardaş ölkədə daha 1196 nəfərin xəstəliyə yoluxduğu aşkarlanıb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O bildirib ki, bununla da xəstə sayı 3629-a çatıb.
Ötən gün ərzində daha 16 nəfər vəfat edib ki, ümumilikdə xəstəlikdən dünyasını dəyişənlər 75 nəfər olub.
Türkiyədə bir sutka ərzində 7.286 nəfər virusa görə test edilib.