Gürcüstanda 11-ci pasiyent koronavirusdan sağalıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, ölkədə karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 79 nəfər yoluxub. Hazırda aktiv virus daşıyıcılarının sayı 68 nəfər təşkil edir.