Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
Şirkətdən verilən məlumata görə, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan həyata keçirdiyi artıq ikinci çarter reysidir.
Ötən gün isə Romadan Bakıya 161 soydaşımız gətirilib.
Həmçinin, martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.