İtaliyada martın 19-da koronavirusa qarşı dərman sınaqdan keçiriləcək.
Yandex.ru-nun xəbərinə görə, “Tosilizumab” adlı bu dərman preparatı revmatoid artritdə istifadə edilir.
İtaliyanın Milli Dərman Agentliyinin başçısı Nikola Maqrini bildirib ki, bu dərman Neapol və Modena xəstəxanalarında müsbət nəticə göstərib.
“Tosilizumab”ın 330 nəfər xəstə üzərində sınaqdan keçiriləcəyi qeyd edilir.
Hazırda italiyalı həkimlər koronavirusun müalicəsi üçün SPİD-ə yoluxmuş xəstələrdə istifadə olunan virus əleyhinə dərmanlar tətbiq edirlər.