İtaliyalı həkim Franceska Kortellaro Milandakı tibb müəssisələrindən birində çalışır.
O, koronavirusa yoluxan xəstələrin həyatının son saniyələri haqqında danışıb. Həkimin dediyinə görə, ölümdən əvvəl yoluxanlar tam şüurlu, ətrafda baş verənlərdən xəbərdar olurlar.
Həkim qeyd edib ki, tək başına ölməyə məcbur olan insanların son saniyələrini görmək xüsusilə çətindir. Yaşlı bir qadının ölümün yaxınlaşdığını hiss edərək ondan nəvəsinə zəng etməsini istədiyi və bu kimi oxşar hadisələri tez-tez xatırlayır. "Telefonu çıxartdım və video bağlantı ilə nəvəyə zəng etdim. Vidalaşdılar və tezliklə o gözlərini yumdu. Bu günə qədər belə video zənglərin uzun bir siyahısı var. Mən bunu vida siyahısı adlandırıram "deyir.
İtaliya Çində virus yayılmağa başladıqdan sonra ən yüksək səviyyədə koronavirus infeksiyası təhlükəsi olan ölkədir.
Ümumilikdə, ölkədə 12,460-dan çox insan bu virusa yoluxmuş , 800 nəfəri ölmüşdür. Onların əksəriyyətinin immuniteti ağırlığa tab gətirə bilməyən yaşlı insanlardır. Bir sıra əyalətlərdə tibb bacıları və xəstələr üçün yer çatışmazlığı var.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Avropanı COVID-19 yayılmasının yeni mənbəyi adlandırmışdı.