Bu gün məşhur rusiyalı yazıçı Eduard Limonov 77 yaşında vəfat edib.
RİA-nın xəbərinə görə, məlumatı Dövlət Dumasının deputatı Sergey Şarqunov təsdiqləyib.
Həm də publisist kimi fəaliyyət göstərən Eduart Limonov “Limonka” qəzetinin banisi və ilk baş redaktoru olub.
Ötən əsrin 90-cı illərində Limonov siyasətə də qoşulub, partiya yaradıb.
Bildirilir ki, son vaxtlar o onkoloji xəstəliklə mübarizə aparırdı.