Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.
Bununla bağlı əmri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı imzalayıb.
Əmrə əsasən, Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Azadxanov Elnur Ramazan oğlu bu vəzifəyə təyinat almışdı. Dünən o, növbəti əmrlə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin olunub.