İranın cənubunda yerləşən Hörmüzqan əyalətində 5,4 maqnitudasında zəlzələ baş verib.
“İnterfaks” xəbər verir ki, hadisə yerli vaxtla saat 22:04-də qeydə alınıb.
Zəlzələnin episentri Bəndər-Xəmir şəhərindən 39 kilometr uzaqlıqda olub.
Dağıntılar və qurbanlar barədə hələ ki məlumat yoxdur.