Dünyada 110 minə yaxın koronavirus virusuna yoluxanlar var ki, bunların da təxminən 25%-i Çindən kənarda qalıb.
Median.Az xəbər verir ki, xəstəlik artıq Çindən başqa daha 88 ölkədə qeydə alınıb. Məlumata görə, Çində 80 min 735 nəfər xəstə var. Çindən kənarda 28 min 310 yoluxma hadisəsindən ən çox Cənubi Koreyadadır - 7382 (ölüm 51 nəfər), üçüncü ən böyük xəstəlik ölkə İtaliyadır - 7,375 yoluxma (366 qurban). İranda xəstələrin sayı 6566-dır, ölənlərin sayı isə 194 nəfərə çatıb.
Fransa və Yaponiyada mindən çox COVID-19 daşıyıcısı var. Almaniyada 902 nəfər, İspaniyada 400-dən çox yoluxma qeydə alınıb.
Rusiyada artıq bu diaqnozu olan 20 nəfər xəstə var.
Əlavə edək ki, CNN bu mövzudakı xəbərlərdə bunu bir pandemiya, yəni qlobal epidemiya kimi təqdim etməyə qərar verib. ABŞ-da yoluxanların sayı 400-dən çox, qurbanlar isə 20 nəfərdir.