Moskvanın qərbində mənzillərin birində başlarına paket keçirilmiş kişi və qadın meyiti aşkarlanıb.
“RİA Novosti” xəbər verir ki, aparılan araşdırma kişinin şahmat üzrə Ukrayna çempionu olduğunu müəyyən edib.
1993-cü il təvəllüdlü Stanislav B. 2017-ci ildə qrossmeyster adına layiq görülüb.
Meyiti aşkar edilən qadın da şahmatçı olub və onun adına Beynəlxalq Şahmat Federasiyasının reytinqində rast gəlmək olar.
Qeyd edək ki, meyitləri qadının atası aşkar edib.