İranda koronavirus epidemiyası ilə əlaqədar ölkə üzrə dövlət idarə və müəssisələrində iş saatı azaldılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, bütün əyalətlərdə dövlət idarə və müəssisələrində iş saatı əyalət başçısının qərarı ilə 2 saat azaldılır.
Qeyd edək ki, İran parlamenti də koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını əlavə məlumat verilənədək təxirə salıb. Bundan başqa, ölkə ərazisindəki bütün məktəblərdə 3 gün müddətinə tətil elan olunub.