İranlı millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxub.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə deputat özü Tvitter səhifəsində açıqlama yayıb:
"Covid-19 analizlərim pozitiv çıxdı. Bu mesajı bu dünyada yaşamaq ümidim az olduğu vəziyyətdə ikən yazıram".
Xatırladaq ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub. Ölkədə virusdan dünyasını dəyişənlərin sayı 15 nəfərdir. 95 nəfərdə isə koronavirusa yoluxma halı qeydə alınıb.