İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.
Bildirilib ki, ölkənin 10 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi, Həmədan, Xorasan Rəzəvi əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib.
Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 13-ü ölüb, 3-ü isə sağalıb.