Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Adnalı kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bayramova Dürdanə Məhərrəm qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.