Türkiyənin Bursa şəhərində yerləşən evlərin birində doqquz yaşlı oğlan uşağının cəsədi tapılıb.
“SonDakika” xəbər verir ki, polis qonşuların səs-küylü dava ilə bağlı şikayətindən sonra o evə gələrək uşağın cəsədini aşkar edib.
Qeyd etmək lazımdır ki, oğlanın bədənində yanıq və kəsik izləri olub.
Polis uşağın 11 yaşlı bacısı tərəfindən qətlə yetirilməsindən şübhələnir.
Məlumata əsasən, həmin evdə suriyalı ailə yaşayır.
Qonşuların dediyinə görə, valideynləri uşaqları zorla dilənməyə məcbur edirmiş.