Tailandda hərbçinin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı artıq 20 nəfərə çatıb.
“Reuters” xəbər verir ki, silahlı hələ də 16 nəfəri girov saxlayır.
***
Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb.
Median.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.
Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. "Bankok Post"un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.
Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.
Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.