Çin alimləri koronavirusun kök hüceyrəsini ayıraraq izolyasiya etməyi bacarıblar.
Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu iddia Çin mətbuatında yer alıb.
Bildirilib ki, epidemiyalara nəzarəti həyata keçirən institutun direktoru Xu Venbo bu nüansın virusa qarşı peyvənd yarada bilmək üçün vacib addım olduğunu söyləyib.
Bundan başqa, Cənubi Çin əyaləti olan Quandunda virusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün sakinlərə çöldə maska taxmaq məcbur edilib.
Qeyd edək ki, son nəticələrə əsasən, Çində 80 nəfər virusdan ölüb, 2744 nəfər isə virusa yoluxub.