Koronavirus Avropaya keçdi – İlk yoluxanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |    

Koronavirus Avropaya keçdi – İlk yoluxanlar var

Avropada koronavirusun yeni növünə ilk tutulanlar müəyyən edilib. Fransa Səhiyyə Nazirliyi Parisdə və Bordoda iki yoluxma halını təsdiqləyib və yoluxmuş şəxslərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumata əsasən, Bordodan olan xəstə (mənşəcə çinli) bu yaxınlarda Çində olub və Uxan şəhərinə də gedib. Fransaya qayıtdıqdan sonra onlarla insanla ünsiyyətdə olub. Parisli xəstə haqqında isə informasiya yoxdur.

Bir müddət əvvəl isə iki nəfər bu diaqnozla ABŞ-da xəstəxanaya yerləşdirilib və bir yoluxma hadisəsi də Nepalda qeydə alınıb.

Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.

Çində ən yüksək reaksiya səviyyəsi elan edilib. Sətəlcəm xəstələrinin sayı 830 nəfərə çatıb, 20-dən artıq insan dünyasını dəyişib. Cümə axşamından Uxanla aviasiya, dəmir yolu və digər nəqliyyat əlaqələri dayandırılıb. Vilayətin digər şəhərlərinin də giriş və çıxışları bağlanıb. Uxanda klinika-laboratoriya tikilir və tibb işçilərinə kömək etmək üçün ordu cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 137 25.01.20 13:49