Qanada sərxoş kişinin dişlədiyi it ölüb.
“Pulse”nin yaydığı xəbərə görə, 45 yaşlı Jastis Aflakpuiyə it hücüm edərək onun ayağını dişləyib.
O da itin ardınca qaçaraq onu dişləyib və nəticədə ağzından köpük gələn it ölüb.
Aflakpuinin “cin” tərkibli “akpeteşi” adlı spirtli içki içdiyi bildirilir.
Akpeteşi Qanada geniş yayılan spirtli içkidir. Sərtliyi 40-50 promil olan içki fermentləşdirilmiş palma şərabından və ya şəkər qamışı suyundan hazırlanır.