Ölümcül inyeksiyaya bir neçə saat qalmış edam hökmünə məhkum edilmiş amerikalı əfv edilib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Corciya ştatında qeydə alınıb.
Qətldə ittiham olunan Cimmi Medersin hökmü ömürlük həbslə əvəzlənib. Bu, o deməkdir ki, o, vaxtından əvvəl şərti azadlığa da buraxıla bilər.
Meders 1987-ci ildə məhkum olunub.
Əfv verilmə səbəblərindən biri onun qətlə qədər cinayət törətməməsi olub.