Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Mixail Mişustini yeni baş nazir təyin edib.
“RİA Novosti” xəbər verir ki, bununla bağlı Putin sərəncam imzalayıb.
Xatırladaq ki, Dövlət Duması Rusiya Prezidenti Vladimir Putinə Mixail Mişustinin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilməsinə razılıq verib.
Mişustinin namizədliyini plenar iclas zamanı prezidentin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx təqdim edib.