Avstraliyada 5 mindən çox dəvə helikopterlərdən açılan snayper atəşi nəticəsində öldürülüb.
Median.Az xəbər verir ki, dəvələrə qarşı əməliyyatlar əsasən ölkənin cənub əyalətlərində aparılıb. Bildirilir ki, su qaynaqlarının tükənməsinə və yanğınlar səbəbiylə qida tapmayıb evlərə hücum çəkdiklərinə görə dəvələrin öldürülməsinə qərar verilib.
Məlumata görə, proses davam edəcək. Daha 5 min dəvənin öldürülməsi nəzərdə tutulub. (publika.az)