Avstraliyanın yanğınlardan əvvəlki vəziyyətinə qayıtması üçün ölkəyə 100 il lazımdır. Median.Az xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazıb.
NASA-nın məlumatına görə, yanğınların tüstüsü Yer kürəsi ətrafında azı bir dəfə tam dövriyyə edəcək ki, bu da bütün dünyada atmosfer şəraitinə təsir göstərəcək.
Bildirilir ki, Yeni Zelandiyada səmanın rəngi kəskin dəyişib. Nəticədə havanın keyfiyyəti ilə bağlı ciddi problemlər yaranıb.
Daha əvvəl bildirilib ki, Yeni Cənubi Uels ştatında yanğınsöndürənlər Mavi dağların zirvələrindən birində iri yanma ocaqlarından birini lokallaşdıra biliblər. Yanğınsöndürənlər havanın temperaturunun aşağı düşməsi və yağış yağması sayəsində vəziyyəti nəzarətə götürə biliblər.
Avstraliyanın iri “Westpac” bankının hesablamalarına görə, meşə yanğınları ölkəyə 3,5 milyard dollar ziyan vurub.
Ölkənin hakimiyyət orqanları meşə yanğınlarından zərər çəkənlərə 58 milyon Avstraliya dolları yardım ayırmaq niyyətindədir.