Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:
“Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı vəzifəsini təqdim edib. Razılıq aldıqdan sonra o, Mişustinin namizədliyini baxması üçün Dövlət Dumasına təqdim edib”.
Qeyd edək ki, Mişustin 2010-cu ilin aprel ayından Federal Vergi Xidmətinə rəhbərlik edir. Onun 54 yaşı var.