Başqasının cinayətinə görə 30 il həbsdə yatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |    

Başqasının cinayətinə görə 30 il həbsdə yatdı

ABŞ-da başqasının cinayətinə görə 30 il həbsxanada yatmış təqsirsiz şəxsə bəraət verilib.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Yanvarın 13-də məhkəmə 1991-ci ildə verilən hökmü ləğv edib və 62 yaşlı məhkum Serri Toması azadlığa buraxıb.

1987-ci ildə Miçiqan ştatının Detroit şəhər sakini ərzaq dükanı yaxınlığında öz maşınında hücuma məruz qaldığı barədə polisə şikayət edib. İki il sonra zərərçəkən şəxs Toması görüb və hüquq-mühafizəçilərə həmin hücumçunun o olduğunu bildirib.

Polisin kifayət qədər maddi sübutları və şahid ifadələri olmasa da, hücum və qətl cəhdinə görə Tomas 50 il həbs cəzasına məhkum edilib.

Qeyri-qanuni məhkum edilmiş şəxslərin hüququnun müdafiəsi ilə məşğul olan “The Innocence Project” qeyri-kommersiya təşkilatının nümayəndələri 2010-cu ildə bu işi araşdırmağa başlayıblar.

Hüquq müdafiəçiləri digər sübutlarla yanaşı, müəyyən ediblər ki, zərərçəkən yığcam “Ford Escort” markalı avtomobili idarə edib. 1987-ci ildə cinayət törədildiyi zaman Tomas 190 santimetr boyunda, 115 kiloqram çəkidə olub. Nəticə etibarilə, o, maşına asanlıqla girib cinayət törədə bilməzdi.

Zərərçəkən artıq vəfat etdiyindən işə yenidən baxmaq və əsl cinayətkarı tapmaq mümkün deyil.

Tomas evinə, ailəsinə qayıda biləcəyi üçün çox sevinib və hüquq müdafiəçilərinə minnətdarlığını bildirib.

Hüquq müdafiəçilərin sözlərinə görə, polis hərtərəfli araşdırma aparsaydı, Tomas heç vaxt həbs olunmazdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 287 15.01.20 11:35