Məhkəmə Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına dair qərar qəbul edib.
Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə eks-prezidentin vəkili Zamir Jooşev məlumat verib. O bildirib ki, məhkəmə Atambayevin həbs müddətini daha iki aya qədər uzadıb.
Qeyd edək ki, Qırğızıstan Respublikasının keçmiş Prezidenti Almazbek Atambayev 2019-cu ilin avqust ayında həbs olunub.