Yanvarın 13-də Ukraynanın paytaxtı Kiyevin mərkəzində isti su borusu partlayıb.
“Kiyev Operativnı” xəbər verir ki, hadisə şəhərin Qoloseyev rayonunda “Ocean Plaza” ticarət mərkəzinin qarşısında baş verib.
Partlamış boru yolun asfalt qatını dağıdaraq avtobusun yaranmış dərəyə düşməsinə səbəb olub. Nəticədə 9 sərnişin yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Ticarət mərkəzinin ətrafı, eləcə də binanın birinci mərtəbəsi qaynar su ilə dolub. Xilasetmə xidmətləri insanların təxliyəsi ilə məşğuldur.