“Aeroflot” şirkətinə məxsus “Boeing-777” təyyarəsi Moskvanın Şeremetyevo hava limanına təcili eniş edib.
TASS agentliyi bu barədə Rusiyanın Fövqəladə Hallar Xidmətinə istinadən informasiya yayıb.
Məlumata görə, Moskva-Təl-Əviv reysini həyata keçirən təyyarənin yanacaq sisteminin sensorunda nasazlıq baş verib. Bundan sonra heyət geri qayıtmağa qərar verib.
“Təyyarə ştat rejimində eniş edib. Xəsarət alan yoxdur”, - məlumatda deyilib.
Qeyd edək ki, ötən gün Ukrayna hava yollarına aid “Boeing-737” tipli təyyarə Tehran yaxınlığında qəzaya uğrayıb.