Dağıstanın Qızılyurt şəhərində dəm qazından zəhərlənmə nəticəsində üç nəfər ölüb.
Bu barədə yerli FHN-ə istinadən “RİA Novosti” xəbər verir.
Məlumata əsasən, ölənlər arasında 2018-ci il təvəllüdlü uşaq da olub.
Zəhərlənmə mənzildə nasaz baca ucbatından baş verib.
Dağıstan üzrə İstintaq Komitəsi faktla bağlı araşdırma aparır, hadisənin təfərrüatları dəqiqləşdirilir.