Gürcüstanda uşaqlar arasında virus tüğyan edir - Hər gün azı 100 xəstə » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |     16:22 Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI  |     16:18 Ankarada zəlzələ olub  |     16:02 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     16:01 Millimizin yeni baş məşqçisi müəyyənləşib  |     15:54 Gəncədə şagirdi döyən müəllim İŞDƏN ÇIXARILDI  |     15:48 Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI  |     15:43 Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir  |     15:37 BDYPİ sürücülərə xəbərdarlıq edib  |     15:36 Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı  |     15:27 Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü  |     15:21 Şakira xəstəxanaya yerləşdirildi  |     15:20 Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır  |     15:08 İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi  |     15:03 Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi  |     15:02 Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ  |     14:58 İlyas İsmayılov vəfat etdi  |    

Gürcüstanda uşaqlar arasında virus tüğyan edir - Hər gün azı 100 xəstə

Son vaxtlarda “donuz qripi”ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.

Median.Az
“Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, M.İaşvili adına mərkəzi uşaq xəstəxanasına vurislu infeksiyalarla yoluxanların müraciəti artıb, sutka ərzində buraya azı 100 xəstə daxil olur.

Klinikadan qeyd olunub ki, hazırkı mərhələdə əsasən B tipli virus daha çox yayılıb. O, A tipinə nisbətən daha yüngül keçirilir:

“Dekabrın birinci yarısından etibarən virus infeksiyalarına yoluxanların müraciəti xeyli artıb. Əsasən, laborator müayinələr B tipli virusu aşkarlayır. Biz bütün pasiyentlərə kömək etmək üçün maksimal səy göstəririk, buna da hazırıq. Yerlərimiz də yetərincədir”.
Gürcüstan İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hazırda qrip və qripə bənzər xəstəliklərə yoluxma göstəricisi 100 min nəfərə 312 haldır. Ötən il bu göstərici 100 min nəfərə 277 hal idi.

Yüz min nəfərə 450-500 virusa yoluxma halı qeydə alınanda bu, artıq epidemiya sayılır.

Ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda "donuz qripi" - H1N1 virusu tüğyan edirdi. Həmin virusdan 22 nəfər dünyasını dəyişib.

Son vaxtlarda "donuz qripi"ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 098 03.01.20 22:54