Hindistanda valideynləri tərəfindən boyunlarına qədər torpağa basdırılan fiziki məhdudiyyətli uşaqların görüntüsü rezonans doğurub.
“Yeni Akit” xəbər verir ki, şəkillər Hindistanın Karnataka əyalətindəki Qulbarqa şəhərində çəkilib.
Bölgədə yaşayan və batil inanclara sahib olan bir qrup valideyn fiziki məhdudiyyətli uşaqlarının həlqəvari günəş tutulması zamanı torpağın altında olacağı halda sağalacağına inanaraq onları boyunlarına qədər torpağa basdırıb.
Hind mətbuatının paylaşdığı görüntülərdə uşaqlardan birinin ağladığı, anasının onu sakitləşdirməyə çalışdığı, arxa tərəfdə basdırılmış iki uşağın isə şok içində ailələrinə baxdığı müşahidə olunur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.