“Facebook” və “Google” məxfiliyi pozur - İDDİA » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:24 Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb?  |     16:09 Bərdədə dörd kiloqram marixuana aşkarlandı  |     15:57 İki rayonda KIA markalı avtomobillər qaçırıldı - Saxlanılanlar var  |     15:45 Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək  |     15:31 Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı - FOTO  |     15:26 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     15:24 Mahaçqala hava limanı PUA hücumuna görə fəaliyyətini dayandırdı  |     15:21 Dünyanın ilk futbol oyununun baş tutmasından 152 il keçir  |     15:11 Şirvanda azyaşlının ölümü barədə TƏBİB-dən AÇIQLAMA (YENİLƏNİB)  |     15:06 Suraxanıda avtomobil piyadanı vuraraq öldürdü  |     14:42 COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb  |     14:28 Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO  |     14:24 Qazaxda narkokuryer saxlanıldı  |     14:12 Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq edən əcnəbiyə hökm oxundu  |     14:04 Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək  |     13:57 Dünyanın ən yaşlı insanı müəyyən edildi  |     13:53 Yakuboviçin bığına 155 min manat verdilər, "yox" dedi  |     13:49 Fransa İranın tezliklə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq edib  |     13:40 Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir  |     13:33 DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO  |    

“Facebook” və “Google” məxfiliyi pozur - İDDİA

“Amnesty International”ın baş katibi Kumi Naydu “Facebook” və “Google”la bağlı hesabat hazırlayıb.

“TheVerge”nin məlumatına görə, yeni hesabatda texnologiya nəhənglərinin iş modelinin insan haqlarına zidd olduğu bildirilir.

Hesabat böyük texniki şirkətlərin nəzarəti fonunda hazırlanıb.

Hesabatda deyilir ki, “Facebook” və “Google” dünyada milyardlarla insana daim nəzarət etməklə, onların hüquqlarını və söz azadlıqlarını pozur.

Buna görə də hər iki şirkət biznes üsullarını dəyişməlidir.

İnternet bütün dünyada insanların həyatlarının ayrılmaz hissəsidir.

“Böyük beşliy”ə daxil olan texniki şirkətlər - “Apple”, “Amazon”, “Google”, “Microsoft” və “Facebook” faktiki olaraq bütün onlayn xidmətlərdə hakimdir.

“Facebook” və “Google” isə onların ən güclüsu olduğundan daha təhlükəli hesab olunurlar.

“Amnesty International”ın baş katibi milyardlarla insanın “Facebook” və “Google” tərəfindən tələb edilən şərtlərlərdən başqa, bu ictimai məkana girməyə başqa seçimi olmadığını qeyd edib.

“Facebook” hazırda “istifadəçi məxfiliyinin pozulması” iddiası ilə istintaq altındadır.

“Google” isə məlumat toplamaq siyasəti məsələsi ilə qarşı-qarşıyadır.

“Biz hamımız tələdəyik. Ya şəxsi məlumatlarımızı hər an özümüzə qarşı istifadə edə biləcək bu mexanizmin tələblərinə uyğun davranmalıyıq, ya da rəqəmsal dünyanın üstünlüklərindən imtina etməliyik”, - deyə Naydu bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 541 21.11.19 15:59