Avsrtiyada çoban iti hərbçini öldürüb.
31 yaşlı hərbçi Vyana yaxınlığında “Wiener Neustadt” kazarmasında 2017-ci ildən bəri itləri əhilləşdirib.
Hadisə baş verən gün kazarmada iki çoban iti ona hücum ediblər.
Ölümcül yaralanan hərbçini itlərin damında tapıblar.
Daxili İşlər Nazirliyindən verilən xəbərdə, itlərin birinin xidmət üçün hazır olduğu, digərinin isə, hələ məşq keçdiyi bildirilib.
Avstriya Prezidenti hadisə ilə bağlı hərbçinin ailəsinə başsağlığı verib.