Hamilə qadın ərini və qızını silahlı şəxslərin əlindən xilas edib.
ABŞ-ın Florida ştatının Litiya şəhərində iki nəfər maskalı şəxs Ceremi Kinqin evinə basqın ediblər. Onlar Kinqi və 11 yaşlı qızını silahla hədələyərək, pul tələb ediblər.
Kinqin səkkiz aylıq hamilə olan arvadı yataq otağından bu hadisəni görən kimi, onların yanına gəlib.
Soyğunçulardan biri onu vurmaq istəsə də, güllə yan keçib. Qadın cəld davranaraq, silahı götürüb və soyğunçulardan birini yaralayıb.
Çaş-baş qalan soyğunçular qaçmağa başlayıb.
Onlardan biri ölü vəziyyətdə evin yaxınlığından tapılıb. Onun qaçarkən yıxılıb öldüyü ehtimal edilir.