Fransanın “Vendome” şirkəti Notr Dam kilsəsində baş verən yanğınla bağlı teleserial hazırlayacağını açıqlayıb. Bu barədə AFP agentliyi məlumat yayıb.
Bildirilir ki, ssenari “The New York Times” nəşrinin silsilə yazıları əsasında hazırlanır.
“Vendome” şirkəti nəşrdə dərc edilən materiallar əsasında filmin yaradılmasına dair “The New York Times”-la razılığa gəlib.
Filmin 4 və ya 6 hissədən ibarət olacağı qeyd edilir. “Vendome”in rəhbəri Filip Ruselle bildirib ki, ekran əsəri faktlara maksimum yaxın olacaq.
Xatırladaq ki, Notr Dam kilsəsi aprelin 15-də gecə saatlarında anidən yanmağa başlayıb. Kilsənin yenidən qurulması üçün Fransanın dörd fondu ümumilikdə 270 milyon avroya yaxın ianə toplayıb. “İrs Fondu”nun mətbuat xidmətindən verilən məlumata görə, ianələr 152 ölkədən olan 230 min şəxsdəndən toplanıb.