Rusiyanın Vladivostok vilayətinin Pervoreçen rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı üçün qaldırılmış cinayət işinə baxıb.
Median.Az xəbər verir ki, o, külli miqdarda narkotik vasitələrin satışında ittiham edilib.
Məlum olub ki, kişi qeyri-qanuni yolla varlanmaq istəsə də, alınmayıb.
Əməliyyat keçirən polis satış zamanı narkotacirin yanına sıravi adam kimi gedib və azərbaycanlı 30 min rublu (786 manat - red.) alan anda polis əməkdaşları onu yaxalayıb.
Onu altı ildən on ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.