Putinin Sibir tayqasındakı istirahəti - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |    

Putinin Sibir tayqasındakı istirahəti - VİDEO

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də qeyd edəcəyi ad günü ərəfəsində Sibir tayqasında Müdafiə naziri Sergey Şoyqunun şirkətini ziyarət edib.

“RİA Novosti” xəbər verir ki, o, tayqadan xatirə olaraq palıd qozası götürüb.


Putin burada təbiətdən zövq alaraq göbələk yığıb. Görüntülərdə prezidentin təbiət sevgisi aydın müşahidə olunur.

Rusiya liderinin gəzintisi təxminən iki min metr yüksəklikdə baş tutub. Şoyqu Moskvanın da tayqadakı iqlimə və təmiz havaya ehtiyacı olduğunu qeyd edib. “Çalışmalıyıq”, - deyə Putin Şoyqunun fikrini dəstəkləyib.

“Rusiya Prezidenti Vladimir Putin Sibir tayqasına baş çəkdikdən sonra ad gününü ailəsi və dostları ilə birgə keçirəcək”, - deyə prezidentin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi.

Dövlət başçısı bu günü dəfələrlə iş yerində, görüşlər, beynəlxalq sammitlər və xarici ölkələrə rəsmi səfərlərdə qeyd edib. Bəzən Putin yaxınları və dostları ilə birlikdə olmaq üçün özünə istirahət verir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 776 07.10.19 14:43