Braziliyanın Rio-de-Janeyro şəhərində bir xəstəxanada baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb.
Median.Az bu barədə RT-yə istinadən xəbər verir.
Həmçinin AFP xəbər verir ki, 90-na yaxın xəstə başqa xəstəxanalara köçürülüb.
İlkin məlumata görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində meydana gəlib.