Azərbaycanda doğulan uşaqların sayı azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Azərbaycanda doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, bu rəqəm 2000-ci illə (116 min 994 uşaq) müqayisədə çox olsa da, 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır.

Ötən illər üzrə götürdükdə ən çox uşaq 176 min 72 olmaqla, 2011-ci ildə dünyaya gəlib.

2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb.

2015-ci ildə diri doğulanların sayı 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982 olub.

Maraqlıdır ki, 2011-ci ildə doğulan uşaqların sayının çox olmasına baxmayaraq, ailədə doğulan 3 və 4-cü uşaqların sayı son dövrlərlə müqayisədə elə də çox olmayıb.

Ümumilikdə son illər ərzində ailədə 3 və 4-cü uşaqların doğulması hallarının azalması tendensiyası müşahidə edilir.

Lakin buna baxmayaraq, son bir neçə il ərzində ailədə doğulan 3 və 4-cü uşaqların sayı ümumilikdə doğulan uşaqların sayının daha çox qeydə alındığı 2011-ci ildəkindən çox olub.

2011-ci ildə 19542 uşaq ailədə 3-cü, 3130 uşaq 4-cü uşaq kimi dünyaya gəlib. Doğulan uşaqların sayının daha az qeydə alındığı 2015-ci ildə 25195 uşaq ailədə 3-cü, 4404 uşaq 4-cü, 2016-cı ildə 23498 uşaq 3-cü, 4346 uşaq 4-cü, 2017-ci ildə 21563 uşaq 3-cü, 4053 uşaq 4-cü, 2018-ci ildə 21169 uşaq 3-cü, 3904 uşaq 4-cü övlad kimi dünyaya göz açıb.

Son illər ərzində ailədə 5-ci və daha sonrakı uşağın doğulması halları da azalıb.

2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açdığı halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 009 29.08.19 21:20