Nazirlik dənizi çirkləndirən 23 obyektin bağlanmasını istəyir, işə məhkəmə baxacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Nazirlik dənizi çirkləndirən 23 obyektin bağlanmasını istəyir, işə məhkəmə baxacaq

Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi göstəriş verilib.

Oxu.az-ın məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, çimərlik mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq:

"Bu gün əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. İstirahət mövsümü başa çatandan sonra da Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik.

Xəzər dənizinin ekosisteminə mənfi təsirlər vaxtında aradan qaldırılmasa, gələcəkdə ağır nəticələri olacaq. Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq".

İ.İbrahimova qeyd edib ki, əsas narahatedici məqam vətəndaşların istirahət üçün üz tutduğu yerlərə biganəliyidir:

"Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən tullantılarımızı hara gəldi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə, bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 898 29.08.19 13:26