Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu - FOTO

1992-ci ildə təhsil almaq üçün Türkiyəyə gedən azərbaycanlı Gülşən Qasımzadə böyük uğura imza atıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, soydaşımız Türkiyədə "Çınar Doğal Kozmetik" adlı şirkət yaradıb.

Antalyada yaşayan G.Qasımzadə Türkiyə vətəndaşlığı alıb və şirkətinin istehsal etdiyi məhsulları dünyanın bir çox ölkəsinə satmağı planlaşdırır.

Həmyerlimiz deyir ki, iki il əvvəl hobbi olaraq təbii bitki kremləri və sabun hazırlamağa başlayıb.

"Lakin ətrafımdakı insanlardan müsbət rəylər almağım bununla ciddi məşğul olmağıma səbəb oldu. Beləliklə də 2019-cu ilin aprelində şirkətimi qurdum".



G.Qasımzadənin sözlərinə görə, hazırda şirkəti günə 50 sabun, 30 qab krem istehsal edir:

"Sabunların hazırlanmasında əsas xam maddə zeytun yağlarıdır. Bundan başqa, digər bitki yağlarından da istifadə olunur. Məhsullarımız ancaq bitki yağlarından düzəldilir və tərkiblərində heyvan yağları, duz, alkoqol , neft məhsulları yoxdur".

Məhsullarını internet saytı vasitəsilə satışa çıxardıqlarını deyən şirkət sahibi qeyd edib ki, müştərilər üçün sabun və kremləri Türkiyənin hər yerinə çatdıra bilirlər:

"Hələ ixracata başlamamışıq, lakin ən yaxın zamanda məhsullarımızı ixrac edəcəyik. Başda Azərbaycan olmaqla, türk dövlətlərinə və Rusiyaya ixrac planlarımız mövcuddur".


Qeyd edək ki, G.Qasımzadə Azərbaycanda anadan olub və 1992-ci ildə Ege Universitetinin Biologiya fakültəsində təhsil almaq üçün Türkiyəyə gedib.

"Ailəmdən heç bir maddi dəstək almamışam, yalnız dövlətin verdiyi təqaüd hesabına oxumuşam. Həm maddi, həm də mənəvi baxımdan bir çox problemlərim olub. Ancaq düşünürəm ki, çətinliklər həmişə insanı inkişaf etdirir. Məzun olandan sonra müxtəlif tibbi qurumlarda və kosmetik məhsulların istehsalı sahəsində işləmişəm. İndi isə ən sevdiyim hobbimi işə çevriməyin xoşbəxtliyini yaşayıram", - deyə şirkət sahibi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 170 27.08.19 12:19